banner
banner

İqtİsadİyyat

“Qarasu OYL”dakı qara əməllər haqda yeni məlumatlar

“Qarasu OYL”dakı qara əməllər haqda yeni məlumatlar

“Qarasu OYL” Neft Şirkətindəki qara əməllər barəsində çox yazılıb. Redaksiyamıza şitrkətdə baş verənlərlə bağlı daha bir məlumat daxil olub. Həmin məlumatda deyilir ki, Şirvan şəhərinin Muşovdağ adlanan hissəsində yerləşən “Qarasu Oyl” Əməliyyat Şirkətinin baş energetiki vəzifəsində işləyən Rafiq İsmayılov əvvəllər şirkətdə bölgə müdiri, təmir sexinin rəisi işləyən Firdovsi Ağayevlə müdhiş maxinasiyalar həyata keçirib. Rafiq İsmayılov Firdovsi Ağayevlə şirkətə 20 ədəd ayrı ayrı markalı minik və yük daşıyan avtomobillər alaraq icarəyə verib. Hər bir maşına görə Rafiq İsmayılov və Firdovsi Ağayev şirkətdən düz 12 il hər ay 1500 manatdan icarə pulu alıb. Buda 12 ildə 4 milyon 320 min manat edir.
Bundan əlavə, 2 paragenerator adlanan (neft quyularını isti parla təmizləmək üçündür) ağır çəkili avtomaşın alıb şirkətə icarəyə veriblər. Bu maşınlar 7 il şirkətdə icarədə olub və hər birinə gündəlik 500 manatdan pul yazılıb və hər birinə 400 litr dizel yanacaq silinib. 7 ilə maşınlardan gələn gəlir 2 milyon 555 min manat, yanacaqdan isə 1 milyon 226 min 400 manat olub. Maşınların kirayə pulu Rafiq İsmayılovla Firdovsi Ağayevə çatıb. Yanacağın pulu isə Firdovsi Ağayevin qardaşı Fuad Ağayevə çatıb. Qeyd edək ki, mənbəmizin iddiasına görə şirkətdə maşınlardan hər gün istifadə olunmayıb, sadəcə pul silinib.

Hazırda avtomobillər 1 il olar ki, şirkətdən icarədən çıxarılıb və Rafiq İsmayılovun Kürdəmirli Əliqulunun şirkətinin sağ tərəfində yerləşən qarajında saxlanılır. Rafiq İsmayılov şirkətdən istismar müddəti başa çatan avtomabilləri silərək həmin qarajında yenidən təmir elətdirib bəzilərini satıb bəzilərini isə icarəyə verib. Rafiq İsmayılov baş energetik vəzifəsindən sui istifadə edərək Şirvan şəhərində yeni tikilib istifadəyə verilmiş “RETRO” adlı sement zavodun elektirik enerjisiylə təhcizatını şirkətin avadanlıqlarının hesabına həyata keçirib. Şirkətin Muşovdağ adlanan ərazisindən təkcə 630 kv-luq transvarmatoru çıxararaq əvəzinə kiçiyini qoyub aparıb sement zavoda quraşdırıb. Sement zavoddan gördüyü işlərin müqabilində 200 min manat pul alıb. Həmin işləri görəndə şirkətin işçilərindən Cəbrayıl, Faməli və başqa fəhlələr yaxından iştirak ediblər. Şirvanda ARDNŞ tərəfindən təxminən 8 il əvvəl tikilən və bu gün tikintisi yarımçıq qalan stadionun enerjiylə təmin olunmasını Rafiq İsmayılov həyata keçirirdi. Bundan başqa hazırda Muşovdağın ətəyində yerləşən qoyun, mal fermalarının hamısına Rafiq İsmayılov şirkətdən enerji verib pulda alır bəzəndə qoyun, quzuda. Həmin heyvanları aparıb fermasına topalayıb. Rafiq İsmayılov "Qarasu Oyl" şirkətində işlədiyi 19 il ərzində əldə etdiyi, taladığı pullar hesabına Şirvan şəhərində 2 ha ərazisi olan ferma alıb. Bundan əlavə son aylarda Hacıqabul rayonun ərazisində Hacıqabul gölünün yanında 1 ha ərazidə milyon mantlarla qiyməti olan müasir üslubda istixana tikdirməyə başlayıb. Həmin istixanada şirkətin borularından, texnikalarından istifadə olunur. Kadrlarda həmin istixanada olan şirkətə məxsus texnikalar aydın görünür.

Təmir sexinin rəisi Firdovsi Ağayev, baş energetik Rafiq İsmayılovun və yaxın qohumu kürəkəni olan, vəzifəsi neft kaçalkalarına nəzarət edən Rasim Bağırovla neft quyularından 150 ədəd kaçalkaları ləğv ediblər. Həmin quyulardan neft çıxartmaq üçün Firdovsi Ağayevə məxsus olan “ ŞEF QAZ” firmasıyla müqavilə bağlanıb və quyulara 150 ədəd nasoslar quraşdırılıb. İnandırıcı olmasada reallıq bundan inarətdir ki, həmin nasoslara görə “ŞEF QAZ” firmasının hesabına hər ay QARASU OYL şirkətinin hesabından 1 milyon, 1 milyon 200 min manat pul köçürülüb. Bu proses 1 il əvvələ kimi düz 7 il davam edib. Həmin 150 ədəd nasoslar Firdovsi Ağayev QARASU OYL-dan ARDNŞ tərəfindən uzaqlaşdırılandan sonra 8 ədədə endirilib. Hal hazırda qalan 8 nasosa görə Firdovsi Ağayev işdən çıxsada “ŞEF QAZ” firmasına hər ay şirkətin hesabından pul köçürülür. 150 nasosdan 142 nasos quyulardan çıxarılıb və yenidən kaçalkalar quraşdırılıb. Çünki neft quyuları yerləşən ərazilərdə nasoslar effektli deyil. İllərin təcrübəsi göstərib ki, QARASU OYL şirkətinin neft quyuları Muşovdağ ərazisində yerləşdiyindən burada neft yalnız kaçalkayla çıxarılması məqsədə uyğundur. Firdovsi Ağayevin milyonlarla pul qazanmaq istəyi dövlətə külli miqdarda milyonlarla manat ziyan vurub. Firdovsi Ağayev 72 kaçalkanı bütöv avadanlıqları ilə birgə ləğv edərək satıb. Həmin kaçalkalar ləğv olunanda Muşovdağ ərazisindən 150 ağır yük maşınıyla ölçülən metal çıxarılaraq satılıb. Qalaməddinlə Muşovdağın arasında olan 76 kilometrlik uzunluqda olan neft borusu həmin dövürdə ləğv edilərək çıxarılıb satılıb. Bu gün şirkət həmin borudan ötürülməli olan nefti yük maşınlarıyla daşıyır. Həmin maşınlardan biri bir neçə il bundan öncə qəzaya uğrayıb və içərisində olan 2 nəfər şirkətin işçisi yanaraq həlak olublar. Firdovsi Ağayevin Rafiq İsmayılovdan da artıq Bakı şəhərində sayı hesabı özünündə yadından çıxan mənzilləri, bağ evi villaları var. Firdovsi Ağayevin QARASU OYL şirkətindən özü çıxarılsada yaxın qohum əqrabası hələdə iş başındadırlar. Şirkətdə boru sahəsinə cavabdeh olan şəxs Firdovsi Ağayevin qardaşı Fuad Ağayevdir. Həmin boru sahəsinə neft quyularından çıxarılan borular gətirilib təhvil verilir və borular təmizləndikdən sonra yenidən quyulara verilir. Təmizlənməsi mümkün olmayan borular isə xüsusi mühafizə olunan sahədə saxlanılır. Təxminən 1 ay öncə Kənan adlı şəxsin yük maşınıyla 76 ədəd dəmir borunu çıxardıb aparmaq istəyəndə şirkətin mühafizəçilər tərəfindən tutulub. Fuad Ağayev oğurluq faktının üstünü basdırmaq istəsədə ARDNŞ rəhbərliyinin göstərişi ilə Hacıqabul rayon polis şöbəsində cinayət işi açılıb. Oğurluq faktına görə 2 nəfər Fuad və Şahmar adlı fəhlələr işdən çıxarılsada Fuad Ağayev hələdə iş başındadır. Çünki dövlətin malını, pulunu talayan dəstənin arxasında QARASU OYL şirkətinin rəhbərlərindən biri dayanır. Bu şəxs şirkətin vitseprezidenti İslam Ovçuyevdir. 2008-ci ildən İslam Ovçuyev şirkətin vtse prezidentidir. Ola bilərmi ki, qeyd olunan faktlardan onu xəbəri olmasın? Mənbəmiz iddia edir ki, Rafiq İsmayılov, Firdovsi Ağayev və Fuad Ağayev İslam Ovçuyevin şirkətdə ən etibarlı, ən güvəndiyi şəxslərdir. Onlar İslam Ovçuyevin rəhbərliyi altında eyni zamanda razılığı əsasında dövlətin milyonlarla, milyardlarla malını, pulunu mənimsəyiblər. Firdovsi Ağayevi işdə saxlamağa müvəffəq olmayan İslam Ovçuyev qardaşoğlu Fuad Ağayevi həm məsuliyyətdən kənarda saxlayıb həmdə vəzifəsində qalmasına köməklik edib. Mənbəmiz iddiya edir ki, görünən odur ki, bu gün QARASU OYL şirkətini talayıb milyonlarla, milyardlarla vəsaiti mənimsəyən İslam Ovçuyev, Rafiq İsmayılov, Firdovsi Ağayev, Fuad Ağayev dünyada neftin ucuzlaşmasıyla əlaqədar yaranan iqtisadi böhranda Şirvan şəhərinin əhalisini 5 il, ümumi Azərbaycanı 1 il saxlamağa maddi imkanları var. Yəqin ki, qeyd olunan faktlar ARDNŞ prezidenti Rövnəq Abdullayevi eyni zamanda Baş Prokurorluğun karrupsiya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevi siyasi iradə olsa çox düşündürəcək. Dövlətin pulunu talayanlardan biri istirahətdə digərləri işlərinə davam edir.//Musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Dollar ucuzlaşdı

Moskva birjasında dolların məzənnəsi 93 rubldan aşağı düşüb.

Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır.

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.