banner
banner

Sİyasət

Hikmət Hacıyev: Artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

| Xəbər 2742 dəfə oxunub
Hikmət Hacıyev: Artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.

Bunu Trend-ə Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi:

 

"Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.

Həm də artıq Nalbəndyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi