Çaylarda suyun səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-140, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 10,5 m3/s təşkil edərək ongünlük normanın 14 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə 5, Şirvanda 6 sm artım qeydə alınıb, lakin Salyan və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2017-ci il sentyabrın 03-də 331 sm), Şirvanda 179 sm (2017-ci il sentyabrın 03-də 205 sm), Salyanda 103 sm (2017-ci il sentyabrın 03-də 144 sm), Bankədə 177 sm (2017-ci il sentyabrın 03-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 sm (2017-ci il sentyabrın 03-də 50 sm) təşkil edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.