banner
banner

Dünya

Zarafat gerçək oldu: qadın lotereyada 1 milyon uddu

Zarafat gerçək oldu: qadın lotereyada 1 milyon uddu

Britaniyada qadının lotereyada uduş barədə zarafatı gerçəyə çevrilib.

Oxu.Az “The Guardian”a istinadən xəbər verir ki, 28 yaşlı Şarlott Pert ərinə zarafatla lotereyada 250 min funt sterlinq udduğunu deyib.

Üç həftə sonra bu zarafat gözlənilmədən gerçək olub. Belə ki, qadın lotereyada bir milyon funt sterlinq udub.

Zarafatçıl xanım həyat yoldaşına zəng edib sevincini bölüşmək istəsə də, kişi buna inanmayıb. Yalnız uduş barədə qəbzin fotosunu telefonda gördükdən sonra həyat yoldaşının bu dəfə zarafat etmədiyini anlayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.