Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib.
“Report” xəbər verir ki, bu barədə komandanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.
Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub. Argentinalı oranı apreldə tərk edib. Keçmiş futbolçu ondan sonra Belarus "Dinamo"sunun idarə heyətinin sədri olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.