banner
banner

Şou

Aygün nişanlısından ayrıldı

Aygün nişanlısından ayrıldı

Bir neçə gün öncə nişanlandığını deyən xalq artisti Aygün Kazımova ona verilən üzüyü geri qaytarıb.

CİA.Az lent.az-a istinadən xəbər verir ki, xalq artisti dj Kazımın 106.3 fm-də aparıcılıq etdiyi “Günorta efiri”nə telefon bağlantısından imtina edərək aparıcıya sms yazıb, sevgilisindən ayrıldığını deyib:

“Hər şey başlamadan bitdi. Sevgi mənə görə deyil. Alınmır məndə. Nə qədər çətin olsa da, etiraf edirəm, sevgim bitdi. Şəxsi həyatımda qalxıb, düşmə nöqtəsindəyəm. Hər zaman olduğu kimi yenə də başımı yaradıcılıq işimlə qatıram. İfa etdiyim “Sənə xəstəyəm” mahnısını bu gündən etibarən dinləyicilərin ixtiyarına verdim. Tez başlayıb, tez bitən sevgim barəsində çox danışmaq istəmirəm”.

Xatırladaq ki, A.Kazımovanın haqqında danışdığı şəxs biznesmen Fikrətdir. Atası Almaniyada yaşayan məmurdur. Cütlük İstanbulda tanış olub.

Qeyd edək ki, A.Kazımova oktyabrın 17-də nişanlandığını sosial şəbəkədə qeyd etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.