banner
banner

Hərbİ

Rusiya Şimal donanmasını hərbi hazırlıq vəziyyətinə gətirib

Rusiya Şimal donanmasını hərbi hazırlıq vəziyyətinə gətirib

Rusiya prezidenti Vladimir Putin martın 16-da Şimal donanması və Qərb Hərbi Dairəsi və hava desant qüvvələrinin bir sıra birləşmələrinin tam hərbi hazırlıq vəziyyətinə gətirilməsini göstəriş verib.

Cia.az azadlıg.org-a istinadən bildirir ki, müdafiə naziri Sergei Shoigu hərbi hazırlıqla bağlı təlimlərə 38 min hərbçi, 3 mindən çox hərbi texnika,41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və vertolyot cəlb edilib.

Rusiya ötən ilin baharından bu yana bir sıra iri hərbi təlimlər keçirib ki, onların bəziləri əvvəlcədən planlaşdırılmayıb.

Onlardan biri bu ilin fevralında ilhaq edilmiş Krımda keçirilib.

Rusiyanın hərbi təlimləri Qərbin narahatlığına səbəb olub.

NATO-nun baş katibi Jens Stoltenberg hesab edir ki, bu cür təlimlər sabitliyi pozur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.