Azərbaycanda fəaliyyət göstərən təhsil müəsisələrindən biri də internat tipli məktəblərdir.İnternat məktəblərinə dünya təhsil təcrübəsində çox rast gəlinir.İsveç,Norvec Danimarka Rusiya,Törkiyə,ABŞ.......siyahını böyütmək olar. İnternat məktəblərinin təşkilinin əsas səbəbi aztəminatlı ailələrdə doğulan uşaqların təhsildən yayınmasının qarşısını almaq,onların cəmiyyətə, topluma yararlı vətəndaş kimi yetisdirilməsini təmin etmək məqsədi daşıyır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 may 1994-cü il tarixli 176 nömrəli “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsindən bir hissəyə diqqət yetirək:
Ümumtəhsil internet məktəblərinə aşağıdakılar qəbul olunurlar.
Ümumi tipli ümumtəhsil internet məktəblərinə:
- çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;
- tək anaların (ataların) övladları;
- səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud digər qanuni nümayəndələrin) uşaqları
- qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar.
Xüsusi ümumtəhsil internat məktəblərinə:
- hər iki valideynini itirmiş yetim uşaqlar;
- müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr. Sanator tipli ümumtəhsil internat məktəblərinə:
- qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;
- vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;
- tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.
Bəs bu gün Azərbaycanda fəaliyyət göstərən bütün internat məktəblərində bu qaydalara rəayət olunurmu? Bununla bağlı araşdırmalarımız bizi Sumqayıt şəhəri M.Əsədov adına orta ümumtəhsil internat gimnaziyasına apardı. Belə ki, müraciət zamanı rəhbərlik qısa və konkret halda məktəbdə yer olmadığını deyir.Halbu ki,məktəbdə yetərincə normal ailələrin övladları təhsil alır.
Azərbaycan usaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, Azərbaycanda 9 minə yaxın şagird internat məktəblərində təhsil alır. İnternat məktəblərinə dövlət qayğısı mükəmməl şəkildə həyata keçirilir. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Deinstutlasdırma və uşaqların müdafiəsi qurumu bu məsələyə xüsusi nəzarət edir.Təəssüflər olsun ki, sözügedən hallar istisna deyil. Bu barədə faktlar aidiyyatlı orqanlara çatdırılmalıdır.
Əvvəllər QHT ,halhazırda isə Səhiyyə Nazirliyində çalışan Nabil Seyidov isə suallarımızı cavablandırmaqdan boyun qaçırdı.Belə hal olduqda onlara yox, valideynin məhkəmə orqanlarına müraciət etməsini məsləhət gördü.
Dövlət xətti ilə kimsəsiz , valideyn himayəsindən məhrum və ya valideyininin birini itirmiş fidanlara ayrılmış haqqın normal ailələrdə yaşayan uşaqlara verilməsi nə kimi doğrudur? Bununla da belə uşaqlar lazımincə təhsil ala bilmir,cəmiyyətə yararsız şəkildə yetişməli olurlar. Bəlkə də cəmiyyət bu səhv ucbatından neçə həkim, alim,müəllim,bəstəkar və rəssamı itirir.
Sayt qarşı tərəfin fikirlərini dinləməyə hazırdır.
Pərvin Abışova.


