banner
banner

Gündəm

“Bakcel”dən dələduz əməl..?

“Bakcel”dən  dələduz əməl..?

 “Bakcell”  şirkəti 1994-cü ildə təsis edilib  və Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir. Abunəçilərinə  müasir rabitə xidmətləri təqdim etmək üçün hər il öz şəbəkəsinin inkişafına düzgün sərmayə yatırımları sayəsində “Bakcell” şəbəkəsi hazırda əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan “Bakcell” şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını  mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G texnologiyası əsasında təqdim edilən xidmətləri  hazırda 5400-dən çox baza stansiyasının fəaliyyətdə olması ilə ən ucqar ərazilərdə də  rabitə təmin olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi , paytaxt və bölgələrdə fəaliyyət göstərən 30 Müştəri Xidməti Mərkəzində “Bakcell” abunəçilərinə  müştəri xidməti göstərilir. Hazırda “Bakcell”in aktiv abunəçilərinin sayı 3 milyondan çoxdur .

 Son zamanlar cəmiyyətdə “Bakcel”lə bağlı qalmaqallı iddialara da tez-tez rast gəlinir. Nömrələrə pul köçürülməsi zamanı  problemlər,müştərinin xəbəri olmadan kompaniyalara abunəlik yolu ilə vətəndaşdan pul “oğurlanması”....siyahını artırmaq olar.

 Bu dəfə “Baksel”in qurbanı Kərimov Əsgər Hüseyn oğlu olub. O,iddia edir ki, 2011-ci ildən “Bakcel” abunəçisidir. Bir il öncə müəyyən səbəblərə görə xaricə getməli olub.Bir il sonra geri döndükdə nömrənin bağlandığının şahidi olub. O,deyir  ki, şirkətə dəfələrlə ərizə ilə müraciət edib. Lakin hər dəfəsində nömrənin başqa abunəçi tərəfindən alındığı və nömrənin heç cür geri qaytarıla bilməyəcəklərini bildiriblər.Maraqlı nüans odur ki, bir illik fasiləyə baxmayaraq  nömrə abunəçiyə nə qaytarılır,nə də  başqa vətəndaşa satılır. Problemlə bağlı səlahiyyətli nümayəndələrlə dəfələrlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxdı. Yuxarıda qeyd etdiyimiz kimi 24 illik xidməti belə həlli asan məsələlərdən ötrü heç etmək olmaz. Müştərinin etibarını itirmək neçə neçə hegemon şirkətlərin  iflasına səbəb olub. Düşünürük ki, “Bakcell “ səlahiyyatlıları bu talelərdən nəticə çıxarar və haqsızlığa son qoyarlar.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Pərvin Abışova.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.