banner
banner

İdman

İspaniya Cüdo Federasiyasının idman direktoru: Bakıda əla təşkilatçılıq gözləyirəm

İspaniya Cüdo Federasiyasının idman direktoru:

Cüdoçularımız xeyli vaxtdır bu yarışa hazırlaşırlar. Onlar texniki və taktiki baxımdan çox yaxşı toplanış keçiblər. Hər birinin məqsədi dünya çempionatında medal qazanmaqdır.

Trend-in məlumatına görə, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez Bakıda keçiriləcək dünya çempionatı haqda danışarkən deyib. O, bütün çəki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurğulayıb: “Bu, çətin olsa da, mümkünsüz deyil. Hər bir ispaniyalı cüdoçu mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”.

 

Federasiya rəsmisi Azərbaycan cüdoçuları barədə müsbət fikirdə olduğunu və Bakıda əla təşkilatçılıq gözlədiyini söyləyib: “Azərbaycan cüdoçularının əksəriyyəti güclü və əməksevərdirlər. Digər dünya çempionatlarında olduğu kimi, Bakıda da əla təşkilatçılıq gözəyirəm”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.