Xəbər verdiyimiz kimi, aktrisa Gamze Özçelikin afrikalı uşaqlara yardım məqsədi il evini satdığı haqda xəbərlər yayılmışdı.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa bu iddialardan sonra İnstaqram hesabında paylaşım edərək açıqlama verib: “İzləyənlər bilir ki, “Umuda koşanlar” dərnəyi olaraq keçən Qurban bayramında Somalidə qurban kəsmişdik. Bir müddətdir sosial mediada yayılan “Pulunu su quyularına xərclədi”, “Afrikalı uşaqlar üçün evini satdı” kimi xəbərlərə aydınlıq gətirmək üçün açıqlama vermək ehtiyacı duydum. Dərnəyimiz qurulduğu gündən insanların da köməyi vasitəsilə əlimizdən gələni etməyə çalışdıq. Allah razı olsun. Əvvəldən bizə kömək etdi çox adam. Bu xəbərlər isə yalandır. Xoş niyyətlə yazılan xəbərləri oxudum. Amma xahiş edirəm ki, mən və dərnək haqda xəbər yazarkən dərnəyin qeyd olunan nömrələrinə zəng edib məlumatı dəqiqləşdirəsiniz”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.