banner
banner

Dünya

İflicli xəstələri üçün ümid işığı

İflicli xəstələri üçün ümid işığı

Polşada tibb alimləri qurşaqdan aşağısı iflic olmuş xəstə üzərində unikal əməliyyat həyata keçiriblər. Məlumata görə, əməliyyat nəticəsində Darek Fidikanın ayaqlarında hissiyat bərpa olmağa başlayıb. Xəstə özünü yenidən doğulmuş kim hiss etdiyini deyib və tədricən yerimə vərdişlərini bərpa etməyə çalışır.

Həkimlər xəstənin zədələnmiş sinir liflərinin bərpasında onun burnundakı iybilmə sinir liflərindən istifadə ediblər.

İybilmə sinir hüceyrələri insan orqanizmində öz-özünə bərpa olunan yeganə sinir hüceyrələridir.

Alimlər bu kəşfi insanın aya ilk səfəri ilə müqayisə ediblər. Onların sözlərinə görə, bu tarixi kəşf yüzlərlə iflicli xəstələrin müalicəsinə kömək edə bilər.//Anspress



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.