“Qarabağ” yaxın vaxtlarda müdafiəçisi Bədavi Hüseynovla üç illik müqavilə imzalayacaq.
Bu haqda Qol.Az saytına klubun direktoru Əmrah Çəlikəl məlumat verib. Azərbaycan millisinin də müdafiəçisi olan B.Hüseynovun Ağdam təmsilçisi ilə müqaviləsi bu mövsümün sonu başa çatır. Əmrah Çəlikəlin sözlərinə görə, müqavilənin müddətinin uzadılması ilə bağlı B.Hüseynovla razılıq əldə olunub.
Klub rəsmisi gənc futbolçunun “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olmuş Ukrayna “Dnepr”inin maraq dairəsinə düşdüyünü təsdiqləyib. “Dnepr” nümayəndələri Bədavinin oyununu izləsələr də, klubumuza rəsmi təklif irəli sürməyiblər” – deyə Ə.Çəlikəl bildirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.