banner
banner

İdman

Qara və Riçard UEFA-nın TOP-5-liyində

Qara və Riçard UEFA-nın TOP-5-liyində

UEFA Millətlər Liqasında ilk 2 turdan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İspaniya millisinin kapitanı Serxio Ramosun (204 dəqiq ötürmə) başçılıq etdiyi siyahıda yığmamızın 2 üzvü – Riçard Almeyda və Qara Qarayev də yer alıb. 

Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasında yer alır.

TOP-5-lik isə bu cürdür:

Serxio Ramos (İspaniya) – 204

Riçard Almeyda (Azərbaycan) – 150

Okay Yokuşlu (Türkiyə) – 148

Qara Qarayev (Azərbaycan) – 145

Çağlar Söyüncü (Türkiyə) - 145

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.