Yeni tədris ilinin başlanmasına bir həftədən də az vaxt qalır. Alış-veriş mərkəzlərində canlanma müşahidə olunur. Hər bir valideyn istəyir ki, övladı bütün ləvazimatların ən gözəlinə sahib olsun. Bəs gözəl görüntü yüksək keyfiyyətdən xəbər verir?. Bütün məhsulların keyfiyyətindən arxayın olmaq olarmı? Dükan və bazarlarda piştaxtaları bəzəyən rəngarəng məktəbli ləvazimatlarının demək olar ki,80% i Çin və Pakistan istehsalı olan məhsullardır.
Bir neçə ildir ki,Bakı ərazisində məktəbli ləvazimatlarının satışının təşkil edildiyi çadırlarında Çin məhsullarının satışı həyəcan siqnalı deyilmi? Qara Q.Qarayev, Koroğlu,N.Nərimanov metroları yaxınlığında yerləşən çadırlara nəzər yetirərkən orada belə məhsulların olduğunu satıçılar özləri də təsdiqləyir. Məhsullar Azərbaycan bazarına necə daxil olur sualınasa “Biz sadəcə satıcıyıq,bu barədə məlumatımız yoxdur” deyirlər. . Dükan sahibləri və satıcılarla həmsöhbət olduqda valideynlərə belə məhsulların daha çox uyğun olduğunu,onları keyfiyyətin yox, görünüşün maraqlandırdığını deyirlər. Valideynin orta əməkhaqqını nəzərə alsaq bunu anlamaq olar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov CİA.AZ saytına verdiyi açıqlamada qeyd edir ki, baxmayaraq , Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları öz çıxışında dəfələrlə keyfuiyyətsiz məhsullar haqda xəbərdarlıq edib, bu problemin qarşısını almaq hələ ki, mümkün deyil. Çünki Azərbaycanda azad bazar iqtisadiyyatı hökm sürür.Buna görə də belə hallara mütəmadi şəkildə rast gəlmək təbiidir. İlk baxışdan orjinal məhsullardan seçilməyən ləvazimatların irəliləyən illərdə hələ də inkişafda olan körpələrdə asma,mədə xorası,dəri xərçəngi , onurğa problemi, digər infeksion xəstəliklərin yaranmasına səbəb ola biləcəyi qaçılmazdır. Əgər ləvazimatın rəngi çıxırsa, qoxu verirsə o məhsuldan bacardıqca uzaq olmaq lazımdır. Çünki belə məhsulların tərkibində qurquşun üstünlük təşkil edir. Bu da insan orqanizmində ağır fəsadlar törətməyə malikdir.Qiymətin ucuz olmasına aldanmaq, qarşıda cəmiyyətə ömrünün qalan hissəsini xəstəliklə mübarizəyə həsr etmiş vətəndaş ”tövhə” etmək deməkdir. Bəs aidiyyatlı orqanlar belə məhsulların bazara daxil olmaması üçün hansı addımları atır? Araşdırmamız davam edəcək.
Pərvin Abışova. ( CİA.AZ)


