Gömrükçülərimiz Ermənistan komandasını darmadağınla məğlub edib
Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.
Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib.
Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.
Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.
Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir.
Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb