banner
banner

Gündəm

Zərrabın yanındakı qadının kimliyi şok etdi

Zərrabın yanındakı qadının kimliyi şok etdi

ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək həbs olunan, daha sonra isə Hakan Atillanın mühakimə olunduğu məhkəmənin əsas şahidi kimi çıxış edən Azərbaycan əsilli iş adamı Rza Zərrabın bir qədər əvvəl görüntüləndiyi qadının kimliyi məlum olub.

Kult.az xəbər verir ki, Nyu Yorkdakı məşhur “Nobu” restoranında çəkilən fotolarda Zərrabla birlikdə kameraların obyektivinə tuş gələn qadın, iş adamının həyat yoldaşı, müğənni Əbru Gündəşin ən yaxın rəfiqəsi Ayşəgül Akgün olub.

Əbru Gündəşin bütün səfərlərində, konsertlərində və gündəlik gəzintilərində yanında görünən Akgünün Nyu Yorkda Zərrabla olmasını Türkiyə mətbuatı birmənalı qarşılamayıb. Müğənni ilə rəfiqəsinin arasında bir sıra problemlərin olduğu və uzun müddətdir görüşmədikləri qeyd edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.