Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı artıb.
Trend-in məlumatına görə, ötən il Azərbaycanda 323 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum olunub. 2016-cı ildə bu göstərici 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.
Ötən il ümumilikdə 13 733 nəfər məhkum edilib. Onların 13 147-si kişilər, 586-sı qadınlar olub. Məhkumların 7 264-ü azadlıqdan məhrum edilib.
Keçən il 16 750 nəfər cinayət törədib ki, onların 15 787-i kişi, 963-ü qadın olub.
Cinayət törətmiş şəxslərin 486-sı 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442, 2015-ci ildə 477, 2010-cu ildə 439 olub.
2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 532 cinayət (2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) törədilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.