banner
banner

Sosİal

İçərisində iynə olan çiyələklərdən sonra banan da aşkar edildi

İçərisində iynə olan çiyələklərdən sonra banan da aşkar edildi

Avstraliyada içərisində iynə olan çiyələklər aşkar edilib.

Trend-in məlumatına görə, bundan sonra Kuinslend ştatında mağazalarda çiyələklər satışdan yığışdırılıb.

Qeyd olunur ki, azı 10 çiyələyin içərisindən iynə çıxarılıb.

 

Yerli polis bu hadisənin çiyələk sənayesinə qarşı təxribat olduğunu bildirir. Artıq Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırdığını elan edib.

Hazırda Kuinslend polisi bu təxribatın bir nəfər və ya daha çox şəxs tərəfindən həyata keçirildiyini araşdırır.

Bundan başqa, bu gün mağazaların birində 62 yaşlı qadın bananın içərisinə iynə salarkən saxlanılıb. Həmin qadının əqli cəhətdən qüsurlu olduğu və çiyələk xəbərlərinin təsiri altında bu hərəkəti etdiyi bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.