Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə danışıqları başa çatıb. Danışıqların sonunda iki ölkənin Müdafiə nazirlikləri Suriyanın İdlib şəhərində vəziyyətin sabitləşdirilməsinə dair memorandum imzalayıblar.
Danışıqlarda Suriya münaqişəsi və ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunub. Türkiyə Prezidenti Ərdoğan danışıqlardan sonra bildirib ki, İdlib məsələsini Astana prosesi qərarları əsasında həll etmək lazımdır. Suriya ordusunun və müxalifətin nəzarətində olan ərazilər silahsızlaşdırılmalıdır. Türkiyə Rusiya ilə birlikdə bu ərazidən bütün radikal qruplaşmaların çıxarılmasına səy göstərəcək. O, həmçinin Rusiya ilə Türkiyə arasında viza rejiminin asanlaşdırılmasına ümid bəslədiyini qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə konstruktiv danışıqlar apardığını vurğulayıb. O, Ankaranın Rusiya məhsullarının Türkiyədə satışı üçün əlverişli şərait yaradacağına ümid bəslədiyini qeyd edib. V.Putin “Akkuyu” AES və “Türk axını” qaz kəməri kimi birgə layihələrin bundan sonra davam etdiriləcəyini, 2019-cu ildə qarşılıqlı mədəniyyət illərinin keçiriləcəyini söyləyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.