banner
banner

İdman

Qəbələ Bakıda başladı

Qəbələ Bakıda başladı

“Qəbələ” Azərbycan Premyer Liqasının XXVI turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir.

CİA.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Simurq”la Zaqataladakı cavab oyunundan (0:0) sonra Qəbələdə məşq keçən “qırmızı-qaralar” birgünlük istirahətdən sonra yenidən bir araya gəlib.

Bu gün Bakıda toplaşan komanda martın 18-də “İnter Arena”da baş tutacaq görüşün hazırlıqlarını davam etdirib. Roman Qriqorçukun komandası bu gün ADBTİA-nın stadionunda məşq keçib. Fiziki hazırlıqlarla başlayan məşq toplu çalışmalarla davam etdirilib. Yalnız bir futbolçu – zədə üzündən komandadan ayrı düşən Dodo məşqə qatılmayıb. “Qəbələ” sabah qarşılaşmanı keçiriləcəyi “İnter Arena”da son məşqinə çıxacaq.

Qeyd edək ki, martın 18-də keçiriləcək “İnter” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.