Türkiyədə vətəndaşlıq verilməsi haqqında qanuna dəyişiklik edilib. Trend-in məlumatına görə, əvvəlki qaydaya əsasən, əgər xarici vətəndaş 250 min ABŞ dolları ödəməklə Türkiyədə vətəndaşlıq ala bilirdisə, indi bu həcm 500 min ABŞ dolları həcminə qədər qaldırılıb.
Qeyd edək ki, qanun Türkiyədə yaşamaq hüququ almaq istəyənlərə şamil edilmir.
2015-ci ildən 2018-ci il avqustun 9-u tarixinə qədər Türkiyədə 721.735 xarici vətəndaş yaşamaq hüququ alıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.