Ötən gün Türkiyə baş naziri Əhməd Davudoğlu kürd probelmini həll etmək üçün yaradılmış Aqil İnsanlar Heyəti ilə görüş keçirib.
ANS PRESS-in məlumatına görə, ötən gün Dolmaabxçada keçirilən 10 saatlıq iclasdan bəzi pərdəarxası danışıqlar ortaya çıxıb.
Aqil İnsanların “kürdlərə qarşı nifrət dili” xəbərdarlıqlarına baş nazir bu cür cavab verib: “Kürdlərə qarşı nifrət dolu sözlər işlətdiyimi isbat edin, elə buradaca istefa verərəm. Bizdən biri nifrət dili istifadə edibsə, kim olmasından aslı olmayaraq onu vəzifəsindən uzaqlaşdırram.”
Türkiyə baş naziri çıxışları zamanı hökumətin birləşdirici funksiya daşıdığını da vurğulayıb.
İclasa 63 Aqil İnsan dəvət edilsə də onların arasında bəziləri istefalarını açıqlayaraq iştirakdan imtina ediblər.
Qeyd edək ki, "Aqil insanlar" Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə separatçı kürdlərlə atəşkəsə nazil olmaq məqsədilə ölkədəki etniklər və icmalarla dialoq üçün yaradılan, ziyalılardan ibarət qrupdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.