Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.
Trend-in məlumatına görə, yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var. Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq.
86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AZTV (İdman Azərbaycan) və CBC Sport telekanalları vasitəsilə yayımlanacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb