Xəbər verdiyimiz kimi, müğənni Demet Akalın bir neçə gün əvvəl həyat yoldaşı Okan Kurtdan boşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, sənətçi ötən gün toylardan birində səhnə alıb. İfaçının “Evli, mutlu, çocuklu” adlı mahnısını ifa etməsi diqqətdən qaçmayıb. Onun məhz bu mahnısını oxuması insanlar arasında birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bir qız övladı olan ikilinin boşanmasına səbəb evlərinin və şirkətlərinə məxsus maşınların müsadirə olunmasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.