Artıq Rusiya və Türkiyəyə qar yağıb, temperatur xeyli aşağı düşüb.
Bunun nəticəsi olaraq, artıq Azərbaycanda da havalar soyuyub. Görəsən, qarlı-boranlı qışın ölkəmizə tez gəlməsini gözləmək olarmı? Ekoloq Telman Zeynalov hesab edir ki, bu il Azərbaycanda qış çox sərt olacaq.
Onun Milli.Az-a açıqlamasında bildirdiyinə görə, ölkədə bu yay havalar çox quraq və isti olub. Ona görə də bunun tam əksini gözləmək lazımdır. “Ölkədə iki ay yarım quraqlıq oldu. Ona görə də qışı sərt gözləmək lazımdır. Temperatur mənfi 7-8 dərəcəyədək düşəcək, qış qarlı keçəcək. Son günlər müşahidə edilən havalar da göstərir ki, qış tez gələcək. Rusiyada artıq hava kəskin soyuyub və həmin hava cənuba doğru hərəkət edir”, - deyə T.Zeynalov xəbərdarlıq etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirdi ki, qış haqda indidən danışmaq tezdir. Havaların soyuması qışın tez gəlməsinə dəlalət etmir. İndidən qışın necə keçəcəyi barədə proqnoz vermək qeyri-ciddi görünər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.