Gürcüstanın sabiq prezidenti tezliklə müharibənin baş verəcəyini bildirib.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin statdankənar məsləhətçisi, Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Amerika Birləşmiş Ştatları (ABŞ) siyasətçilərini Ukraynaya silah verməyə inandırmaq cəhdlərinin bəhrəsini verməyə başladığını vurğulayıb. O, bunu hər iki partiyanın ABŞ prezidentinə olan təzyiqlərinin artması ilə əlaqələndirib. Bu barədə “Bloomberg” yazıb.
"Mən inanıram ki, ABŞ silah göndərəcək. Amerika ictimaiyyəti və siyasi elitasının bu məsələdə yekdildir. Demək olar ki, konqresdə və Senatda hamı bu ideyanı dəstəkləyir, hətta bunu Pentaqon və kəşfiyyat idarələri də istəyir", - deyə M.Saakaşvili bildirib.
Eks prezidentin qənaətinə görə, tezliklə müharibə başlaya bilər, buna görə də silahın çatdırılması üçün tələsmək lazımdır. "Tezliklə Rusiya Ukraynanın cənubuna zərbə endirəcək və silah təcili lazımdır. Çünki ortada heç bir sülh müqaviləsi yoxdur", - deyə o sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ Ukraynaya 75 milyon dollar dəyərində hərbi yardım verəcəyini vəd edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.