Xəbər verdiyimiz kimi, aktrisa Demet Özdemir və Seçkin Özdemirin ayrılıq xəbəri yayılıb. Demet ayrılığı doğrulayıb və səbəbini açıqlayıb. Belə ki, o, ilk addımı Seçkinin atdığını deyib. Aktyor aktrisanın işlərinə görə, ona zaman ayırmamasını iddia edib.
Bir neçə gün əvvəl valideynlərini tanış edən ikili artıq sosial media hesablarından bir-birini izləmədən çıxarıb və birlikdə çəkilən bütün fotoları silib. Qeyd edək ki, cütlük 2019-cu ildə nişanlanmağı, 2020-ci ildə ailə qurmağı planlaşdırırdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.