Qol.az xəbər verir ki, turun son matçında “Yuventus” səfərdə “Frozinone”nin qonağı olub. Matç Turin klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qoca Sinyora”nın qollarını 81-ci dəqiqədə Kriştianu Ronaldo və 90+4-də Federiko Bernardeski vurub. “A” seriyasında ardıcıl ikinci matçda fərqlənən Ronaldo yeni klubundakı qollarının sayını 3-ə çatdırıb.
Bu qələbədən sonra “Yuventus” 15 xalla turnir cədvəlinin vahid lideridir. “Yuve” həm də hələ ki “A” seriyasında xal itirməyən yeganə komandadır. “Frozinone” isə 1 xalla 19-cudur.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb