banner
banner

Sağlamlıq

Kefirin bu faydalarını bilirdinizmi?

Kefirin bu faydalarını bilirdinizmi?

Kefir süd məhsulları arasında xüsusi yer tutur. Mütəxəssislər kefiri daha çox müalicəvi məhsul kimi qiymətləndirir.

Kefir bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozla mübarizə edir, immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır.

Saglamolun.az medikforum.ru-ya istinadla xəbər verir ki, İsveçrə və Kanada alimləri piylənmədən əziyyət çəkən 125 qadın və kişi iştirakı ilə araşdırma aparıblar. Araşdırmada kefirin istehlakının bədən çəkisinə olan təsiri araşdırılıb. Məlum olub ki, kefirin istehlakı bədən çəkisinin azalmasına kömək edir.

Bundan əlavə alimlər aşkar ediblər ki, kefir allergiyalarla mübarizədə effektlidir. Kefirin istehlakı allergiyanın simptomlarını azaldır.

Nəzərə almaq lazımdır ki, bütün bunlar yalnız təzə kefirə aiddir.

Bəzi insanlar kefiri qatıqla qarışdırır. Lakin bu ayrı-ayrı məhsullardır. Kefir xüsusi üsulla hazırlanır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.