banner
banner

Sosİal

Azərbaycanın xaricdə təhsil proqramında dəyişiklik

Azərbaycanın xaricdə təhsil proqramında dəyişiklik

“Azərbaycanın xaricdə təhsil proqramının fokusu dəyişdirilir”.

APA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda təhsil naziri Mikayıl Cabbarov deyib.

“Bununla da biz bu proqramın birinci mərhələsinin sonuna gəlirik. Keçən həftə ikinci proqramın məhsuldar müzakirəsi keçirilib. Artıq proqramı fokusu dəyişdirilir. Belə ki, azərbaycanlı tələbələri xaricə göndərməklə yanaşı, xarici ali təhsil müəssisələrinin professorlarını öz ali təhsil müəssisələrimizdə fəaliyyət göstərmək üçün Azərbaycana dəvət edəcəyik”, - deyə M. Cabbarov bildirib.

Onun sözlərinə görə, yalnız son iki ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa göndərilib. Onlardan 900 nəfər gənc bu gün istər dövlət, istərsə də özəl sektorda xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.