banner
banner

Hərbİ

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır.

Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək.

 

Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.