Cüdoçularımız qələbə ilə başladı – dünya çempionatı
Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxıb. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.
Kokauri ilk görüşündə belaruslu Vladislav Tsiarpitski ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə Polşa idmançısı Mesaj Sarnaçki ilə mübarizə aparacaq.
Kindzerska isə litvalı Sandra Yablonskiteni məğlub edərək, növbəti mərhələdə Puerto-Rikolu Melissa Mocikaya rəqib olub.
İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlanacaq.
Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.
Dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb