Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iyul-avqust aylarında monitorinq keçirilib və əksər daş karxanalarının fəaliyyətində nöqsanlar aşkar olunaraq qanunamüvafiq aktlar tərtib olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görülən tədbirlər karxana sahibləri və istismarçılarda bəzi suallar doğurduğu üçün 3 sentyabr 2018-ci il tarixində ETSN-də onlarla görüş keçirilib. Əksər karxana istismarçılarının torpaq ayırmaya dair sərəncamlarının olmadığı, nazirlik tərəfindən verilən ekoloji və geoloji sənədlərin vaxtının bitdiyi, bəzi karxana istismarçılarının isə ümumiyyətlə heç bir sənədinin olmadığı bir daha onların diqqətinə çatdırılıb. Yol verdikləri nöqsanları başa düşdükləri, qoyulan qanuni tələbləri anlayışla qarşıladıqları nəzərə alınaraq karxana istismarçılarına mövcud olan nöqsanların aradan qaldırılması, sənədlərinin tam qaydaya salınması üçün əlavə 45 gün vaxt verilib.
ETSN tərəfindən karxana istismarçılarının nəzərinə çatdırılır ki, müvafiq icra orqanlarından sərəncam alan hər bir fiziki və hüquqi şəxsə Nazirlik tərəfindən ekoloji sənədlər veriləcək. Torpaq ayırmaya dair sərəncamı olan istismarçılar “Bərəkət 98”, “Gülbaxt TMK” və digərləri ekoloji və geoloji sənədlərin alınması üçün Ekspertiza İdarəsinə müraciət edib.
Yaxın günlərdə sənədlər onlara təqdim olunacaq və hər bir istismarçıya işlərinin aparılması zamanı ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə müasir texnologiyalardan istifadə edilməsi barədə tövsiyələr, karxanaların müasir metodlar ilə istismara keçməsi üçün isə müəyyən vaxt veriləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.