Yeni boşanan müğənni Demet Akalın və Okan Kurt hələ də gündəmdən düşmür.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, boşandıqdan sonra Demet Okana aid bütün fotoları İnstaqram hesabından silmişdi və onu izləmədən çıxarmışdı. Kurtun bu addımı atmaması isə insanların marağına səbəb olmuşdu. İkilinin yenidən barışa biləcəyi haqda xəbərlər yayılmışdı.
Lakin ötən gün Okan da Demeti sosial media hesabından silib.
Qeyd edək ki, cütlüyün Hira adlı bir qız övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.