banner
banner

İdman

Arsenal” “Qarabağ”la oyun öncəsi əsas qapıçısını itirdi

Arsenal” “Qarabağ”la oyun öncəsi əsas qapıçısını itirdi

İngiltərənin “Arsenal” komandası Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi daha bir itki ilə üzləşib.

Oxu.Az xəbər verir ki, komandanın əsas qapıçısı Petr Çex topu oyuna daxil edərkən zədələnib. Çexiyalı qolkiper dərhal əvəzlənməsini tələb edib. Nəticədə Çex 45-ci dəqiqədə almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənib.

Əvəzində isə Bakı səfəri öncəsi zədəsi olanlardan sol cinah müdafiəçisi Sead Kolaşinats və erməni yarımmüdafiəçi Henrix Mxitaryan zədələrini sağaldıblar. Hər iki futbolçu hazırda ikinci hissəsi gedən (hesab 0:0-dır – S.M.) matçın ehtiyat oyunçular skamyasında əyləşib.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.