banner
banner

Krİmİnal

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 187 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”

Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

İşıqpuluna görə qardaşını öldürdü - TƏFƏRRÜAT

2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.

Gömrükçülər 21 kiloqramdan artıq heroin aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avstriyaya gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.