Aktrisa Buse Narcı ötən gün rəfiqəsi ilə birgə məkanlardan birində görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o, keçmiş sevgilisi, müğənni Sinan Akçıl haqda danışıb:
“Görüşsək də, görüşməsək də, Sinanın mənim həyatımda xüsusi yeri var. O, Türkiyənin ən bacarıqlı və sevilən insanlarındandır. Məndə yeri xüsusidir, həmişə də elə qalacaq. Nə olsa da dostluğumuz davam edəcək”.
Qeyd edək ki, ikili qısa müddət eşq yaşadıqdan sonra ayrılmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.