Məşhur aktyor özündən 19 yaş kiçik modellə görüşür
Aktrisa Cennifer Enistondan bu ilin fevralında boşanan aktyor Castin Terinin yalnızlığı uzun sürməyib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 47 yaşlı aktyor 28 yaşlı model Lora Xerrierlə görüşməyə başlayıb.
Cütlük ötən gün Parisdə gəzərkən paparazzilərə tuş gəlib. Castinlə Loranın hələ maydan birlikdə olduğu deyilsə də, amma onlar ilk dəfə bərabər görüntüləniblər.
Qeyd edək ki, bir müddət əvvəl Castinin özündən 21 yaş kiçik müğənni Selena Qomezə sevgi mesajı göndərdiyi, lakin rədd cavabı aldığı qeyd olunmuşdu.
Xatırladaq ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Onlar bu ilin fevralında rəsmən boşanıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.