banner
banner

Sosİal

İş axtaranların nəzərinə

İş axtaranların nəzərinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının birgə təşkilatçılığı ilə sabah, martın 18-də Bakının Nəsimi rayonunda gənclər üçün Əmək yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, “Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunan aktiv məşğulluq tədbirində 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. 
Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə olaraq, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-ı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. 
Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Eyni zamanda, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq. 
Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən Əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.