Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aktrisa Bensu Soral və Hakan Baş cütlüyünün toyu oldu.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa toydan sonra soyadını dəyişib. Belə ki, Bensu həyat yoldaşının soyadını götürüb və İnstaqram hesabında adını Bensu Soral Baş edib.
Qeyd edək ki, 3 ildir eşq münasibəti yaşayan ikilinin özəl günü sentyabrın 29-da baş tutmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.