Qadına qarşı zorakılıq əleyhinə keçirilən mitinqdə həbs edilən amerikalı model Emili Ratajkovski sərbəst buraxılıb.
Azadlığa çıxan 27 yaşlı model bu barədə danışmaqdan imtina eib. Qeyd edək ki, Emili hakim Bretta Kavanonun əleyhinə keçirilən yürüşdə həbs olunan 302 qadından biri olub.
O, həbsi barədə "Twitter" hesabında məlumat vermişdi. Ratajkovski ilə yanaşı, aktrisa Emi Şumer də həbs olunmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.