"Barselona" Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" ilə cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Serxio Busgets zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq. Onun La Liqada "Real"a qarşı matçda oynayacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" - "Mançester Siti" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 2:1 hesabı ilə qalib gəlib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.