Azərbaycan elektron hökumətin yeni modelinə ("non stop shop") keçir.
Trend-in məlumatına görə, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.
O bildirib ki, bu model sayəsində vətəndaşların elektron xidmətlərdən istifadə üçün dövlət qurumlarına müraciət etməsinə ehtiyac olmayacaq:
"Bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Bu planda biz "qayğıya qalan dövlət" konsepsiyası adı altında digər innovasiyanı tətbiq etmək niyyətindəyik. Bunun sayəsində vətəndaşlar onlara lazım olan informasiyaları vaxtından əvvəl ala biləcəklər. Biz inanırıq ki, bu, həm "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin təkmilləşdirilməsinə, həm də digər elektron xidmətlərin genişləndirilməsinə imkan verəcək".
A.Cəfərli qeyd edib ki, "ASAN xidmət" mərkəzlərinə müraciətlərin sayı bu günə təqribən 25 milyon təşkil edir:
"Bakıda 2015-ci ilin yanvarından iki kommunal xidmət mərkəzi fəaliyyətə başlayıb və bu mərkəzlərə vətəndaş müraciətlərinin sayı 815 minə çatıb. Hazırda 630-dan çox dövlət xidmətinin rəqəmsallaşdırılma səviyyəsi qiymətləndirilir. Həmçinin "Asan Ödəniş", "Asan Visa", elekton lisenziya kimi iri layihələrin reallaşdırılması üzrə işlərə başlanıb".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.