6 iyundan "On the Run II" adı ilə dünya turuna star verən müğənni Beyons və reper həyat yoldaşı Cey Zinin son konserti ötən gün Amerikanın Sittl şəhərində baş tutub. Hər konsert proqramında müxtəlif obrazlarda olan Beyons bu dəfə də geyimi və rəqsləri ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb.
O, sonuncu konsertində gümüşü və ağ rəngli libaslara üstünlük verib. İfaçı qaşlarla bəzədilmiş bodisini eyni rəngli uzun ayaqqabı və şlyapa ilə tamamlayıb.
Qeyd edək ki, 10 ildir evli olan 36 yaşlı Beyonsla 48 yaşlı Cey Zinin ötən il əkizləri dünyaya gəlib. Onların 6 yaşlı Blu Ayvi adlı daha bir qızı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.