banner
banner

Sosİal

Ağsuda 15 km-lik avtomobil yolu yenidən qurulur

Ağsuda 15 km-lik avtomobil yolu yenidən qurulur

Ağsu rayonunda Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir.

Layihəyə görə, yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

Ağsu rayonunun Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu 2 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini əhatə edir və vətəndaşların Muğanlı-İsmayıllı avtomobil yoluna çıxışı təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Küləkli hava nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.