banner
banner

Sosİal

Keçmiş siyasi məhbuslar iş axtarır...

Keçmiş siyasi məhbuslar iş axtarır...

Novruz bayramı münasibətilə prezidentin növbəti əfv sərəncamı imzalayacağı gözlənilir. Əsas gözləntilər isə heç şübhəsiz ki, ötən sərəncamlarla azadlığa buraxılmayan siyasi məhbuslarla bağlıdır. Ümid edilir ki, onlar bu dəfə türmədən çıxacaq.

Amma heç kimə sirr deyil ki, bundan öncəki əfv fərmanı ilə azadlığa buraxılan siyasi məhbuslar hələ də həyatını tam qura, “relsə düşə” bilməyiblər. Onların hazırda hansı işlə məşğul olması, məhbəsdən sonrakı yaşamları, karyeralarını necə davam etdirmələri ilə maraqlandıq.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sosial şəbəkədəki son statusunda bu məsələyə nisbətən aydınlıq gətirib. Bildirib ki, bugünlərdə həbsdən azad olunanlara verilən birdəfəlik müavinəti alıb. Onun yazdığına görə, minimum əmək haqqının 4 misli qədər - 420 manat pul veriblər: “Mən həbsdə olanda mitinqə, nümayişə çıxanlara, ictimai asayişi pozanlara qarşı tətbiq olunan cərimələrin fantastik dərəcədə qaldırıldığını oxudum. Məsələn, 20-30 manat cərimələnən adamları indi 3000-6000 manata qədər cərimələyir və bundan sonra da sözün bütün mənalarında mələdirlər. Deməli, ən azı cərimələri 300 dəfə artırıblar. Əgər cəriməni 300 dəfə artırıbsansa, o zaman şərləyib içəri saldığın və illərlə haqsız yerə saxladığın vətəndaşının çıxandan sonrakı adaptasiyasını da düşünməli və verilən ”qanpulu"nu da o ölçüdə artırmalısan. Məsələn, 420 manat yox, ən azı 30.000 manat verməlisən. Cərimələri artırdığın ölçüdə. Elə deyilmi?"

Ə.Zeynallı daha sonra üzünü hakimiyyətə tutaraq bu sualı verib: “Dövlət baba, sən məni 3 il 2 ay 2 gün ”öldürmüsən". 1158 gün əlimi-qolumu bağlamısan. Məni ən azı 3.000.000 manat ziyana salmısan. İndi 420 manatla işini bitmiş sanırsan. Ədalətdəndirmi?
Belə ədalət olarmı?"

NİDA üzvü Zaur Qurbanlı isə bildirdi ki, onunla eyni vaxtda türmədən çıxan dostlarının həyatı demək olar ki, eyni problemlərin müşayiəti ilə davam edir: “Təhsili yarımçıq olanlar onu davam etdirirlər. Və hər birimiz iş axtarırıq. İş də vermirlər. Səbəb siyasi məhbus olmağımızdır. İşəgötürənlər qorxurlar”.

Z.Qurbanlı dedi ki, ictimai fəaliyyətini mövcud situasiyaya uyğun davam etdirir: “Ingilis dili səviyyəmi artırıram ki, master təhsil ala bilim yaxın gələcəkdə. İş axtarıram. Təbii ki, hamısı məsələni biləndə rədd cavabı verir. NİDA çərçivəsində və başqa istiqamətlərdə ictimai fəaliyyətim davam edir”.

Keçmiş siyasi məhbus Nigar Yaqublu üçün də eyni vəziyyət keçərlidir. O da hələ işsizdir, həbsdə olan atası Tofiq Yaqublunun türmədə yanına gedib-gəlmək, sovqat aparmaq, sənədləşmə işlərini həll etmək gənc qızın boynuna düşüb. N.Yaqublunun anası da ağır xəstə olduğu üçün onun ev qayğılarını özü həll edir. Bu səbəbdən də o, ev qayğılarını həll etmək üçün işləmək variantını uğurlu hesab etmir. //Musavat



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.