Aktyor Barış Arduç və Gupse Özayın ayrılıq xəbəri yayılıb.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, 4 ildir sevgili olan ikilinin ayrılması haqda iddialar yalan çıxıb. Belə ki, cütlük hazırda Karadenizdə istirahətdədir.
Barış bundan əvvəl də ayrılmadıqlarını bildirsə də açıqlamanın həqiqəti əks etdirmədiyi deyilirdi. Lakin ikilinin istirahət zamanı çəkilən fotosu iddiaların yalan olduğunu ortaya çıxarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.