banner
banner

Sosİal

Azərbaycanda ilk

Azərbaycanda ilk

"Addım Gənclər Təşkilatı" Azərbaycanda daha bir ilkə imza atıb. Təşkilatın sədr müavini Aynur Salmanovanın verdiyi məlumata görə, onlar Gənclər Fondu və Fransa Səfirliyinin dəstəyi ilə "Eko Loqika" adlı gənclərin ekoloji mövzuda maarifləndirilməsi layihəsinə start veriblər. 

Layihə çərçivəsində paytaxt Bakı və regionlarda xarici və yerli təlimçilərin iştirakı ilə təlimlər, müxtəlif sosial aksiyalar, video nümayişlər və sairə nəzərdə tutulub. Sosial şəbəkələrdə digər diqqət çəkən məqam isə layihənin dünən gecə saatlarında paylaşılan tanıtım videosu olub. 

Layihəni ərsəyə gətirən addımçılar Azərbaycanda ilk dəfə olaraq kağız animasiyası (paper animation) janrından istifadə ediblər. Videonun rejissoru Cavanşir Eladisoy, montaj rejissoru Emin Muradov, ssenari müəllifi Kamran Cavadzadə, rəssam Hüseyn Bağırov, Nərmin Hüseynova , korrektoru Emil İbrahimov olub. Videoroliki Abdulla Şaiq adına Dövlət Kukla Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Selcan Müseyibova səsləndirib.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.