banner
banner

İdman

Boksçumuz Olimpiadada bürünc medal qazanıb

Boksçumuz Olimpiadada bürünc medal qazanıb

Azərbaycan boksçusu Nurlan Səfərov Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizə bürünc medal qazandırıb. Yığmamızın bayraqdarı bu uğura misirli Marvan Mamdou Muhamedi məğlub etməklə layiq görülüb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa çempionumuz ilk görüşdə kanadalı Spenser Volcoksa qalib gəlsə də, ardınca tailandlı Atiçay Foemsapa məğlub olmuşdu. Lakin bu məğlubiyyət 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımızı ruhdan salmayıb. O, bürünc medal uğrunda döyüşdə inamlı təsir bağışlayıb və 4:0 (29:26, 29:27, 29:27, 28:28, 29:27) hesabı ilə qələbə qazanıb. Bu qələbə Səfərovu fəxri kürsünün üçüncü pilləsinə yüksəldib. Qızıl medal yarımfinalda təmsilçimizi büdrədən Foemsapa qismət olub. İkinci pilləni isə ukraynalı Taras Bondarçuk tutub.

 

Avropa çempionumuzdan fərqli, qitə birinciliyinin gümüş mükafatçısı Nicat Həsənov Olimpiya medalına sahib ola bilməyib. 69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz özbəkistanlı Caxongir Raxmonovla dueldən məğlub ayrılıb. 5:0 (30:26, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanan rəqib bürünc medala yiyələnib. Bu çəki dərəcəsində çempion tituluna argentinalı Aqustin Arrequi layiq görülüb. İkinci yerdə isə yarımfinalda Həsənovu məğlub edən Yassin Elouarz (Mərakeş) qərarlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.